Bakı. Trend:
Beynəlxalq axtarışda olan 40 nəfər Türkiyəyə gətirilib.
Trend Tükiyə KİV-ə istinadən xəbər verir ki, bu şəxslər müxtəlif cinayətlərə görə "qırmızı bülleten"lə axtarışda olan şübhəlilərdir.
Onlar Gürcüstan, Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstandan ekstradisiya olunublar.
Məlumata görə, ekstradisiya olunan şəxslər arasında ağır cinayətlərdə ittiham olunanlar da var və onlar barəsində qanuni tədbirlər davam etdiriləcək.
Rəsmi qurumlar prosesin davam etdiyini, ölkə daxilində və xaricində cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyini vurğulayıb.