Bakı. Trend:
Venesuela hakimiyyəti ölkə üzrə kompleks müdafiə sisteminin tətbiq olunması barədə sərəncam verib.
Trend bu barədə ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Bununla yanaşı, ölkənin bütün ştat və bələdiyyələrində Milli Hərtərəfli Müdafiə Komandanlığının və hərtərəfli müdafiə üzrə idarəetmə orqanlarının dərhal yerləşdirilməsi barədə əmr verilib. BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq Venesuela öz xalqını, ərazisini və müstəqilliyini qorumaq məqsədilə qanuni özünümüdafiə hüququnu özündə saxlayır. Biz Latın Amerikası, Karib hövzəsi və bütün dünya xalqlarını və hökumətlərini bu imperialist təcavüz qarşısında fəal həmrəyliyə çağırırıq”, – nazirliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, yanvarın 3-də gecə saatlarında (yerli vaxtla) Venesuelanın paytaxtı Karakas sakinləri güclü partlayış səslərinin eşidildiyini, şəhərin üzərində hərbi təyyarələrin uçduğunu bildiriblər.
Venesuela XİN ABŞ-ni ölkə ərazisinə hava hücumu həyata keçirməkdə ittiham edir.
