...

Nikolas Maduro və həyat yoldaşı tutulub - Tramp

Dünya xəbərləri Materials 3 Yanvar 2026 13:34 (UTC +04:00)
Nikolas Maduro və həyat yoldaşı tutulub - Tramp
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı tutulub.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib.

Tramp Maduro və həyat yoldaşının yaxalanaraq ölkədən çıxarıldığını açıqlayıb:

"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"

Qeyd edək ki, yanvarın 3-də gecə saatlarında (yerli vaxtla-red.) Venesuelanın paytaxtı Karakas sakinləri güclü partlayış səslərinin eşidildiyini, şəhərin üzərində hərbi təyyarələrin uçduğunu bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti