Bakı. Trend:
Venesueladakı vəziyyəti çox yaxından izləyirik. Venesuela xalqının yanındayıq və sülh yolu ilə, demokratik keçidi dəstəkləyirik.
Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen "X" platformasında paylaşım edib.
O qeyd edib ki, həll yolu beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olmalıdır:
"Ali Nümayəndəsi Kaya Kallas və Aİ üzv dövlətləri ilə koordinasiyadayıq. Venesueladakı Aİ vətəndaşlarına tam dəstək ola bilməyə çalışırıq".
