Bakı. Trend:
Almaniyanın müdafiə naziri Boris Pistorius Moskva ilə Kiyev arasında sülh sazişi bağlandıqdan sonra da Ukraynanın müdafiəsinin dəstəklənməsinin vacibliyini bəyan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Şəxsən mənə görə, Ukraynaya dəstək olan ölkələr konkret tədbirlər planı hazırlamalıdırlar”,-deyə Pistorius bildirib.
Onun sözlərinə görə, hazırda əsas diqqət Kiyev üçün etibarlı və uzunmüddətli təhlükəsizlik zəmanətlərinin əldə olunmasına yönəldilməlidir. Nazir vurğulayıb ki, Almaniya hərbçilərinin Ukrayna sərhədləri yaxınlığında mümkün atəşkəsin təmin olunmasında iştirakı yalnız atəşkəs elan edildikdən sonra mümkün ola bilər.
