Bakı. Trend:
"Yeddilik Qrupu"nun maliyyə nazirliklərinin rəhbərləri, eləcə də Avstraliya, Hindistan, Meksika, Koreya Respublikası və Avropa İttifaqının nümayəndələri Vaşinqtonda nadir torpaq metallarının təchizat zəncirlərinin gücləndirilməsini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, nazirlər "əsasən nadir torpaq elementləri kimi vacib minerallar üçün təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək və şaxələndirmək yollarını müzakirə ediblər." Bildirilib ki, tərəflər "əsas zəiflikləri mümkün qədər tez bir zamanda aradan qaldırmaq üçün ortaq bir öhdəlik ifadə etdilər".