...

NASA Veneraya göndərəcəyi missiyaları süni intellektlə təchiz edəcək

Dünya xəbərləri Materials 19 Yanvar 2026 20:47 (UTC +04:00)
NASA Veneraya göndərəcəyi missiyaları süni intellektlə təchiz edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Aeronavtivka və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Venera planetinin dərindən öyrənilməsi üçün mavi planetə göndəriləcək kosmik texnikanı süni intellekt texnologiyası ilə təchiz etməyi planlaşdırır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə agentliyin rəhbəri Cared Ayzekman açıqlama verib.

“Biz kosmik sahədə nəyə nail olmaq istədiyimizdən danışarkən, robotlaşdırılmış missiyalara daha çox avtonomluq inteqrasiya etməyi hədəfləyirik. Hazırda Veneraya yönəlmiş missiya üzərində çalışırıq və bu layihəyə süni intellektin müəyyən imkanları daxil edilə bilər”, – deyə Cared Ayzekman bildirib.

ABŞ 2030–2031-ci illərdə Veneraya iki missiya göndərməyi planlaşdırır. “Da Vinci” layihəsi planetin atmosferinin tərkibinin və onun formalaşma tarixinin öyrənilməsinə fokuslanacaq. “VERITAS” missiyası isə Veneranın səthinin yüksək dəqiqlikli xəritələndirilməsi və bu planetin Yer kürəsindən fərqli şəkildə inkişaf etməsinin səbəblərinin müəyyənləşdirilməsi ilə məşğul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti