...

Trampı daşıyan təyyarə Sürixə uçdu (YENİLƏNİB)

Dünya xəbərləri Materials 21 Yanvar 2026 09:17 (UTC +04:00)
Trampı daşıyan təyyarə Sürixə uçdu (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampı daşıyan təyyarə Sürix şəhəri istiqamətinə yola düşüb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Amerika prezidentinin təyyarəsində baş vermiş texniki nasazlıqdan (göyərtənin elektron avadanlığının işində pozuntu yaranıb) sonra o, Vaşinqtondan daha kiçik ölçülü təyyarəyə minib.

10:07
xxx

ABŞ Prezidenti Donald Trampın Dünya İqtisadi Forumunda iştirak üçün Davosa aparan təyyarə (Air Force One) texniki nasazlıq səbəbindən ABŞ-yə geri qayıtmağa məcbur olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Air Force One" təyyarəsi Endryus birləşdirilmiş hərbi bazasına eniş edib”,- deyə məlumatda qeyd olunub.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt sonradan bildirib ki, prezident təyyarəsinin göyərtəsində elektrik sistemi ilə bağlı kiçik problem yaranıb. Təyyarə dəyişdirildikdən sonra Amerika liderinin yenidən Davosa qayıdacağı qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti