...

Avropa İttifaqı ABŞ-ni qarşılıqlı gömrük rüsumları ilə hədələdi

Dünya xəbərləri Materials 21 Yanvar 2026 17:30 (UTC +04:00)
Avropa İttifaqı ABŞ-ni qarşılıqlı gömrük rüsumları ilə hədələdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Qrenlandiya məsələsi ətrafında yaranmış ticarət mübahisəsi ilə əlaqədar qısa müddət ərzində ABŞ mallarına qarşı qarşılıqlı gömrük rüsumları tətbiq edə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının üzvü Valdis Dombrovskis bildirib.

“Qarşılıqlı rüsumlara gəlincə, biz həqiqətən onları tez bir zamanda tətbiq edə bilərik”, -deyə o Dombrovskis deyib.

O izah edib ki, belə tədbirlər paketi hələ 2025-ci ildə hazırlanmışdı, lakin mübahisələrin həlli üzrə danışıqlar getdiyindən tətbiq olunmamışdı. Onun sözlərinə görə, eyni zamanda, Aİ Qrenlandiya probleminə konstruktiv həll yolunun tapılmasına üstünlük verir.

KİV yazır ki, bundan əvvəl Avropa İttifaqının nümayəndələri artıq fevral ayının əvvəllərində rüsumların tətbiqinə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, yanvarın 5-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar milli təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiyanı nəzarətə götürməyi planlaşdırır. Tramp bunu Rusiya və Çin gəmilərinin adanı əhatə etməsi ilə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti