Bakı. Trend:
Türkiyənin İzmir vilayətində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı geniş-miqyaslı əməliyyat keçirilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İzmir Respublika Baş Prokurorluğunun narkotik və psixotrop maddələrin istehsalı və dövriyyəsi ilə bağlı istintaqı çərçivəsində, mərkəzi İzmir şəhəri olmalqa vilayətin bir çox şəhər və qəsəbələrində eyni vaxtda keçirilən əməliyyatda 654 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Barəsində həbs orderi verilənlərdən bəziləri ünvanlarda olmadığından həmin şəxslərin axtarışına başlanılıb.
Əməliyyat çərçivəsində müəyyən edilib ki, şübhəlilər ictimai yerlərdə o cümlədən məktəblərdə azyaşlı şəxslərə narkotik satışı həyata keçirib və narkotik vasitələrin təşviqi ilə məşğul olublar.
