...

ABŞ-də qar fırtınası 13 mindən çox reysin təxirə salınmasına səbəb oldu

Dünya xəbərləri Materials 25 Yanvar 2026 04:57 (UTC +04:00)
ABŞ-də qar fırtınası 13 mindən çox reysin təxirə salınmasına səbəb oldu

Bakı. Trend:

Güclü qar fırtınasının yaxınlaşması səbəbindən ABŞ-da 24 yanvar şənbə günündən 26 yanvar bazar ertəsinə qədər 13 mindən çox uçuş ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi "FlightAware" xidmətinin məlumatlarına istinadən bildirib.

Bildirilib ki, şənbə günü etibarilə Memfisdən uçuşların 90%-i, Oklahoma Sitidən 76%-i və Dallas/Fort-Uortdan uçuşların 75%-i ləğv edilib. Eyni hadisə Ostin, Şarlott və Neşvil hava limanlarında da qeydə alınıb.

Hometown Forecast Services şirkətinin baş direktoru Rob Kerolanın sözlərinə görə, bu fırtına ABŞ üçün 1993-cü il super fırtınasından bəri ən güclülərindən biri ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti