...

Çexiya Ukraynaya "L-159" təyyarələrini satmayacaq - Baş nazir

Dünya xəbərləri Materials 25 Yanvar 2026 07:46 (UTC +04:00)
Çexiya Ukraynaya "L-159" təyyarələrini satmayacaq - Baş nazir

Bakı. Trend:

Çexiyanın Baş naziri Andrey Babiş ölkəsinin Ukraynaya "L-159" yüngül döyüş təlim təyyarələri satmayacağını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "Idnes" xəbər portalı bildirib.

"Ukraynaya L-159 satışı yoxdur və olmayacaq da. Məsələ bağlandı", - deyə baş nazir bildirib.

Bu, onun Çexiya Ordusunun Baş Qərargah rəisi general Karel Rjexkanın jurnalistlərə verdiyi açıqlamada Ukraynaya dörd "L-159" təyyarəsinin verilməsinin Çexiyanın təhlükəsizliyinə təsir etməyəcəyini söyləməsinə cavab olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti