...

Volvo genişmiqyaslı proqram yeniləməsi elan edib

Dünya xəbərləri Materials 25 Yanvar 2026 10:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Volvo şirkəti 2020-ci ildən bəri istehsal olunan avtomobillərin informasiya-əyləncə sistemləri üçün proqram təminatı yeniləməsini elan edib.

Trend xəbər verir ki, yeniləmə təxminən 2,5 milyon avtomobili əhatə edəcək və onların funksionallığını xeyli dərəcədə müasirləşdirəcək. Yenilənmiş sistemin interfeysi Volvo-nun ən son modelləri olan EX30, EX60 və EX90-a bənzəyəcək.

Proqram təminatına Google-un Gemini süni intellektinə əsaslanan virtual köməkçi də inteqrasiya olunacaq. Bu köməkçi yalnız standart əmrləri yerinə yetirməklə kifayətlənməyəcək, eyni zamanda istifadəçilərlə söhbət apara və müxtəlif suallara cavab verə biləcək.

Volvo şirkəti bu layihəni dünya avtomobil tarixində həyata keçirilən ən böyük məsafədən proqram yeniləmələrindən biri kimi qiymətləndirir. Prosesin geniş miqyasına baxmayaraq, yeniləmə avtomobil sahiblərindən minimal müdaxilə tələb edəcək. İstifadəçilər sadəcə avtomobili internetə qoşmalı və məsafədən yeniləmə funksiyasını aktivləşdirməlidirlər.

Xəbər lenti

Xəbər lenti