...

Bolqarıstanda sərnişin qatarı torpaq sürüşməsi nəticəsində relsdən çıxıb

Dünya xəbərləri Materials 26 Yanvar 2026 22:00 (UTC +04:00)

Bakı. Trend:

Bolqarıstanın Kyustendil şəhərindən Sofiyaya gedən sərnişin qatarı torpaq sürüşməsi nəticəsində relslərə düşən qayalara çırpılaraq relsdən çıxıb.

Trend-in məlumatına görə, bu barədə Bolqarıstan Milli Televiziyası xəbər verib.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 17:00 radələrində güclü yağış zamanı torpaq və qaya kütləsi dəmir yolunun üzərinə düşərkən baş verib. Xəsarət alan olmayıb.

Ərazidə təcili yardım briqadaları işləyir. Xəttdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Xəbər lenti

Xəbər lenti