Bakı. Trend
ABŞ-ın böyük bir hissəsini bürüyən şiddətli qış fırtınası ən azı 30 nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.
Məlumata əsasən, ölənlər arasında Massaçusets və Ohayo ştatlarında qar təmizləyən maşınların vurduğu iki nəfər, Arkanzas və Texasda isə xizək sürərkən ölümcül yaralanan yeniyetmələr və Kanzas ştatının Emporia şəhərində basdırılmış cəsədi tapılan bir qadın var.
Nyu-York şəhər hakimiyyətinin məlumatına əsasən, təkcə ötən həftəsonu şəhər küçələrində səkkiz nəfərin cəsədi tapılıb.
Təbii fəlakət genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. "Poweroutage.com" portalı bildirib ki, bazar ertəsi axşamına qədər 630 mindən çox müştəri elektrik enerjisiz qalıb.