...

İsrail Livanın cənubuna aviazərbə endirdi

Dünya xəbərləri Materials 27 Yanvar 2026 14:56 (UTC +04:00)
İsrail Livanın cənubuna aviazərbə endirdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları Livanın cənubuna hava zərbəsi endirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, zərbənin hədəfi “Hizbullah” hərəkatının silahlı qanadının üzvlərindən biri olub. O, Beyrutdan 90 km cənub-şərqdə, Deyr-Kanun və Batuliya yaşayış məntəqələrini birləşdirən yolda motosikletdə olarkən zərbəyə tuş gəlib.

“Hizbullah” döyüşçüsünün aldığı xəsarətlərdən hadisə yerində vəfat etdiyi bildirilir.

İsrail Müdafiə Qüvvələri (IDF) məlumatı təsdiqləsə də, hadisənin təfərrüatlarını şərh etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti