...

Bakı və Türkmənbaşı limanları arasında yükdaşımaların artırılması müzakirə olunub (FOTO)

Dünya xəbərləri Materials 27 Yanvar 2026 21:25 (UTC +04:00)
Bakı və Türkmənbaşı limanları arasında yükdaşımaların artırılması müzakirə olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Türkmənbaşı Beynəlxalq Dəniz Limanının direktoru Paraxat Cumayevin başçılıq etdiyi nümayəndə heyəti “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salaxovla işgüzar görüş keçirib.

Trend Türkmənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsilə yük axınlarının artırılması perspektivləri müzakirə edilib.

Danışıqlar zamanı Türkmənistan və Azərbaycan arasında strateji tərəfdaşlığın ardıcıl şəkildə gücləndirildiyi, Türkmənbaşı və Bakı (Ələt) limanları arasında logistikanın inkişafına xüsusi diqqət yetirildiyi vurğulanıb. Qarşılıqlı əmtəə dövriyyəsinin artması fonunda Xəzər dənizi vasitəsilə yük axınının genişləndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı və Orta Dəhlizin təşviqi üzrə tədbirlər nəzərdən keçirilib.

Tərəflər son illərdə sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu, dəniz və dəmir yolu xidmətləri üzrə tariflərin azaldılmasının multimodal daşımaların və tranzit konteyner aşırımının artmasına müsbət təsir göstərdiyini qeyd ediblər.

Məlumatda bildirilir ki, görüşdə həmçinin Xəzər dənizi – Qara dəniz beynəlxalq tranzit-nəqliyyat dəhlizinin inkişafı məsələləri, o cümlədən Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsilə yük daşımalarının artırılması perspektivləri müzakirə olunub. Bütün maraqlı tərəflərlə, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığın aktivləşdirilməsinin vacibliyi vurğulanıb, bu dəhlizin qlobal xarakteri və geniş perspektivləri, eləcə də səmərəli informasiya mübadiləsinin qurulması məsələləri diqqət mərkəzində olub.

Xəbər lenti

Xəbər lenti