...

Avstraliyanın cənub-şərqində anomal istilər minlərlə evi elektriksiz qoyub

Dünya xəbərləri Materials 27 Yanvar 2026 22:13 (UTC +04:00)
Avstraliyanın cənub-şərqində anomal istilər minlərlə evi elektriksiz qoyub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın cənub-şərqində anomal isti hava şəraiti nəticəsində azı 106 min ev elektrik enerjisiz qalıb.

Trend xəbər verir ki, bu barədə Viktoriya ştatının energetika naziri Lili Deambrozio “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Nazir bildirib ki, rekord istilər fonunda ştatda son 17 ilin ən yüksək elektrik enerjisi istehlakı qeydə alınıb.

“Saat 20:30-a (Bakı vaxtı ilə 13:30 – red.) qədər paylayıcı şəbəkədə 106 min elektrik kəsintisi qeydə alınıb. Kəsintilərin aradan qaldırılması və elektrik enerjisinin mümkün qədər tez bərpası üçün ərazilərdə əlavə briqadalar fəaliyyət göstərir”, – deyə o qeyd edib.

L.Deambrozio əlavə edib ki, elektrik kəsintilərinə təkcə həddindən artıq istilər deyil, həmçinin meşə yanğınları nəticəsində avadanlıqların sıradan çıxması, ağacların elektrik dirəkləri və naqillərin üzərinə aşması kimi amillər də səbəb olub.

Xəbər lenti

Xəbər lenti