Bakı. Trend:
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili müqəddəs “Ninoy Günü” münasibətilə 59 nəfərin əfv edilməsi barədə fərman imzalayıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, əfv aktı 57 məhkuma şamil olunub, iki nəfərin isə məhkumluğu tamamilə ləğv edilib.
Prezident Administrasiyasının açıqlamasında bildirilir ki, dövlət başçısının Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətlərdən istifadəsi humanizm prinsipinə, eləcə də dövlət maraqlarına əsaslanır.
Qeyd olunur ki, bu, son 10 gün ərzində Gürcüstan Prezidentinin imzaladığı ikinci əfv fərmanıdır. Xatırladaq ki, Mixeil Kavelaşvili Epifaniya bayramı münasibətilə yanvarın 19-da 159 məhkumu əfv edib.
