...

İranın Culfa gömrüyü Araz dəhlizində önəmli rola sahib ola bilər - Əli Bisələm

Dünya xəbərləri Materials 28 Yanvar 2026 11:45 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Culfa gömrüyü Araz dəhlizində önəmli rola sahib ola bilər.

Trend-in məlumatına görə, bunu İranın Culfa gömrük idarəsinin müdiri Əli Bisələm yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Araz dəhlizinin istifadəyə verilməsi ilə bu istiqamətdə dəmiryolunun da istifadəyə verilməsinə səy göstərilir.

Bisələm bildirib ki, Culfa şəhəri, Culfa Azad Ticarət Zonası və Culfa gömrüyü Avropa ölkələrindən, Rusiya və Çindən zəruri məhsulların təmin olunmasında ixrac və idxalda əsaslı rola sahib olacaq potensiallara sahibdir.

Gömrük rəsmisi deyib ki, cari İran ilinin 10 ayı ərzində (21 mart 2025 -20 mart 2026) Culfa gömrüyü vaitəsi ilə 105 milyon dollar dəyərində məhsul ixrac olunub.

Bisələm əlavə edib ki, sözügedən müddətdə Culfa gömrüyünün gəliri 67 trilyon rial (təxminən 61,9 milyon dollar) təşkil edib.

Qeyd edək ki, İran Araz dəhlizinə önəmli proyektlərdən biri kimi yanaşır. İranın qənaətincə, Azərbaycanın Şərqi Zəngəzur rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və İran ərazisindən keçən Araz dəhlizi bölgədə iqtisadi inkişafa öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti