Bakı. Trend:
Avropa ölkələri Şimali Atlantik Alyans (NATO) çərçivəsində aparıcı rolu öz üzərinə götürməlidir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“NATO öz gücünü qoruyub saxlamaq üçün daha çox avropalaşmalıdır. Bunun üçün Avropa hərəkətə keçməlidir. Məsələn, təhlükəsizlik və müdafiə sahəsindəki təşəbbüslərimizin NATO-nu tamamlayan mexanizm olaraq qalmasını təmin etməliyik”, – deyə Kallas vurğulayıb.
Onun sözlərinə görə, Avropa ölkələri “yeni reallıqlara uyğunlaşmalıdır”, xüsusilə də “Vaşinqtonun artıq cazibə mərkəzi olmadığı” şəraitdə.
Bundan əlavə, o, Aİ-də mövcud qərar qəbuletmə mexanizminin ideal olmadığını bildirib. Kallasın fikrincə, üzv ölkələr arasında “siyasətdə fərqliliklərin” olması normaldır, lakin “ir ölkənin veto hüququnun digərlərinin siyasətini müəyyənləşdirməsinə yol vermək olmaz.
