Bakı. Trend:
Yaponiyanın şimal-şərqində güclü zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya idarəsi məlumat yayıb.
Məlumata görə, 5,1 maqnitudalı zəlzələnin episentri İvate prefekturasının şərq sahillərində qeydə alınıb, yeraltı ocağı isə 20 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan olunmayıb.
