Bakı. Trend:
Kolumbiyada daxili reys həyata keçirən təyyarə qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə "Noticias Caracol" telekanalı məlumat verib.
Qeyd olunub ki, Kukuta-Okanya marşrutu üzrə uçuş həyata keçirən təyyarənin göyərtəsində 15 nəfər - 13 sərnişin və 2 ekipaj üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb.
Həlak olanlar arasında Kolumbiya parlamentinin deputatı Diogen Kinteronun da olduğu bildirilib.