Bakı. Trend:
Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətində neft emalı zavodunda partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə "Tüpraş" şirkətinin müəssisəsində qeydə alınıb.
Partlayışın səbəbi hələlik müəyyən edilməyib. Zavodun ətrafında alov və qatı tüstü görünür. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib.
İlkin məlumata görə, partlayış nəticəsində insan tələfatı olmayıb.
Texniki baxışda olan benzin çəni partlayıb və nəticədə yanğın baş verib. Yanğın nəzarət altına alınıb və yanğınsöndürənlər onu söndürməyə davam edirlər.