...

Yanvarda ekstremal hava böyük iqtisadi və ekoloji fəsadlara yol açıb - BMT

Dünya xəbərləri Materials 30 Yanvar 2026 19:15 (UTC +04:00)
Yanvarda ekstremal hava böyük iqtisadi və ekoloji fəsadlara yol açıb - BMT
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar ayının ekstremal hava şəraiti ciddi iqtisadi və ekoloji zərərlərə, həmçinin böyük insan itkilərinə səbəb olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) bəyanatında bildirilib.

Məlumata görə, Çilidə meşə yanğınları on minlərlə insanın təxliyəsinə, yüzlərlə binanın məhv olmasına və ən azı 21 nəfərin həyatını itirməsinə səbəb olub.

Argentinanın cənubunda yüksək temperatur, uzunmüddətli quraqlıq və güclü küləklər dağıdıcı yanğınlara gətirib çıxarıb, Avstraliyanın böyük hissəsini isə təhlükəli hava şəraiti ilə müşayiət olunan iki istilik dalğası əhatə edib.

ÜMT-nin məlumatına görə, Kanadada və ABŞ-də güclü qar yağması, soyuq və şaxtalı hava həyat üçün təhlükə yaradıb.

Bildirilir ki, yüz minlərlə ev təsərrüfatı kütləvi uçuşların ləğvi və elektrik kəsintilərindən təsirlənmiş, bir neçə ölüm hadisəsi qeydə alınıb. Bundan əlavə, Avropanın böyük hissəsi güclü yağış və küləklərlə müşayiət olunan bir sıra fırtınalarla üzləşib.

Bu fırtınalar İrlandiya və Böyük Britaniyadan Portuqaliya, İspaniya və bütün Aralıq dənizi regionuna qədər bir çox ölkədə nəqliyyatın pozulmasına və daşqınlara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti