...

ABŞ-də ICE agentlərinin order olmadan həbs səlahiyyətləri genişləndirildi

Dünya xəbərləri Materials 31 Yanvar 2026 08:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) öz agentlərinin məhkəmə orderi olmadan insanları həbs etmək səlahiyyətlərini genişləndirib.

Trend-in məlumatına görə, bu barədə daxili sənədləri əldə etmiş “The New York Times” (NYT) qəzeti xəbər yayıb.

Nəşr yazır ki, yeni qaydalar federal agentlərin səlahiyyətlərini əhəmiyyətli dərəcədə artırır. Əvvəllər ICE əməkdaşları konkret bir şəxsin saxlanılması üçün məhkəmə orderi alaraq hədəfli həbslər həyata keçirirdilər. Yeni yanaşmaya əsasən isə reydlər zamanı bir şəxsin ölkədə qanunsuz olduğu və həbs orderi rəsmiləşdirilənədək qaça biləcəyi barədə şübhə yaranarsa, agentlər onu dərhal saxlaya biləcəklər.

NYT qeyd edir ki, əvvəllər bu cür addımlar yalnız immiqrasiya agenti şübhəlinin gələcəkdə mühakimədən yayınacağı, məsələn, məhkəmə dinləmələrinə gəlməyəcəyi ehtimal edildikdə mümkün idi. Qəzet xatırladır ki, ICE-in direktoru vəzifəsini icra edən Todd Leyons daha əvvəl bu cür yanaşmanı “əsassız” və “yanlış” adlandırmışdı. Yeni qaydalara görə isə, əgər ICE əməkdaşı order verildiyi anda şəxsin “aşkarlandığı yerdə və ya digər konkret ünvanda tapılmayacağına” qərar verərsə, məhkəmə orderi tələb olunmayacaq.

NYT-nin rəyini öyrəndiyi ekspertlərin fikrincə, bu cür təfsir həbs orderi institutunu faktiki olaraq mənasız edə və federal agentlərə, demək olar ki, istədikləri şəxsi saxlamaq imkanı verə bilər.

Xəbər lenti

Xəbər lenti