...

İranın cənubunda yaşayış binasında partlayış: ölən və yaralananlar var

Dünya xəbərləri Materials 31 Yanvar 2026 17:26 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərində bir yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Hörmüzqan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Mehrdad Həsənzadə yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, partlayış nəticəsində yaşayış binasının 2 və 3-cü mərtəbələrinə, ətraf binalara ciddi şəkildə ziyan dəyib.

Həsənzadə hadisə yerinə dərhal yardım və xilasetmə əməkdaşlarının cəlb olunduğunu və yaralıların tibb mərkəzlərinə aparıldığını bildirib.

İranlı rəsmi deyib ki, hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti