...

Kambocada fırıldaqçı çağrı mərkəzində reyd keçirilərək 2 044 əcnəbi saxlanıldı

Dünya xəbərləri Materials 1 Fevral 2026 23:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kamboca hakimiyyəti ölkənin cənubundakı Bavet şəhərində iri fırıldaqçı çağrı mərkəzində keçirilən reyd nəticəsində 2 044 əcnəbini saxlayıb.

Trend xəbər verir ki, bu barədə yerli "Khmer Times" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, əməliyyat nəticəsində 22 bina və tikilidən ibarət "Van Cheung" kazino kompleksində fəaliyyət göstərən fırıldaqçı zəng mərkəzi dayandırılıb və mərkəzin 2 044 əcnəbi işçisi saxlanılıb.

Əməliyyata 700-dən çox polis əməkdaşı cəlb olunub. Saxlanılanlar arasında səkkiz müxtəlif Asiya ölkəsinin vətəndaşları var, lakin çoxluq Çin vətəndaşlarından (1 792 nəfər) ibarətdir.

Xəbər lenti

Xəbər lenti