...

İtaliyada etirazlar zamanı 100-dən çox polis əməkdaşı xəsarət aldı

Dünya xəbərləri Materials 2 Fevral 2026 02:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Turin şəhərində etirazçılarla baş verən toqquşmalar zamanı 100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə ANSA rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, insidentlər zamanı 97 polis əməkdaşı, 5 karabiner və Maliyyə Qvardiyasının 7 üzvü yaralanıb.

İtaliya rəhbərliyinin və müxalifətin nümayəndələri hüquq-mühafizə orqanları ilə həmrəylik ifadə ediblər. İtaliyanın Baş naziri Corcia Meloni xəstəxanada iki polis əməkdaşını ziyarət edib. O, baş verənləri qəbuledilməz adlandıraraq hadisəni “dövlətə hücum” kimi qiymətləndirib.

Məlumata görə, hökumətin sosial mərkəzi bağlamaq qərarına etiraz olaraq təxminən 15 min nəfərin qatıldığı aksiya sonradan iğtişaşlara çevrilib. Nümayiş zamanı hökumət əleyhinə şüarlar səsləndirilib, həmçinin Fələstinə dəstək çağırışları edilib. Etirazçılar zibil konteynerlərini yandırıb, polis əməkdaşlarına daş atıblar. Polis isə aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Maskalı etirazçıların polis əməkdaşını döyməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, bir neçə nəfər saxlanılıb, ictimai asayişin pozulması və polisə müqavimət göstərilməsi faktları üzrə araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti