...

Starmer Böyük Britaniyanın Aİ-nin "SAFE" müdafiə fonduna qoşulmasını dəstəkləyib

Dünya xəbərləri Materials 2 Fevral 2026 03:57 (UTC +04:00)
Starmer Böyük Britaniyanın Aİ-nin "SAFE" müdafiə fonduna qoşulmasını dəstəkləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin Avropa İttifaqının “Security Action for Europe” (SAFE) adlı müdafiə fonduna çıxışı ilə bağlı daha əvvəl nəticəsiz qalan danışıqların bərpasını dəstəklədiyini bildirib.

Trend xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

Starmer vurğulayıb ki, Avropanın müdafiə sahəsində daha fəal iştiraka ehtiyacı var.

“Biz daha fəal olmalı və daha çox iş görməliyik. Təkcə Prezident Donald Tramp Avropanın daha çox iş görməli olduğunu düşünmür, digər liderlər də eyni fikirdədir. Mən də belə düşünürəm. Hesab edirəm ki, xərclər, imkanlar və əməkdaşlıq məsələlərində birlikdə daha çox iş görməliyik. Mən öz mövqeyimi ifadə etdim və bu o deməkdir ki, SAFE kimi mexanizmləri və digərlərini nəzərdən keçirməliyik ki, daha sıx əməkdaşlıq imkanlarının olub-olmadığını anlayaq”, – deyə Baş nazir bildirib.

Xəbər lenti

Xəbər lenti