...

NATO Norveç sahillərində “Arctic Dolphin 26” təlimlərinə başlayır

Dünya xəbərləri Materials 2 Fevral 2026 04:32 (UTC +04:00)
NATO Norveç sahillərində “Arctic Dolphin 26” təlimlərinə başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun beş ölkəsinin Hərbi Dəniz Qüvvələri bazar ertəsi Norveçin qərb sahillərində 11 gün davam edəcək “Arctic Dolphin 26” adlı sualtı qayıqlara qarşı mübarizə təlimlərinə başlayır.

Trend xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.

Manevrlər çərçivəsində Arktika şəraitində sualtı qayıqların axtarışı və məhv edilməsi üzrə əməliyyatlar məşq ediləcək.

Təlimlərdə alyansa üzv ölkələrin sualtı qayıqları, hərbi gəmiləri, helikopterləri və sualtı qayıqlara qarşı təyyarələri, həmçinin NATO-nun Birinci Daimi Dəniz Qrupuna daxil olan gəmilər iştirak edir.

Xüsusilə manevrlərə Norveçin bir freqatı və sualtı qayığı, Böyük Britaniya və Niderlandın sualtı qayıqları, Almaniyanın bir sualtı qayığı və iki köməkçi gəmisi cəlb olunub. Aviasiya komponenti isə Danimarka helikopterləri və Britaniyanın “P8” patrul təyyarəsi ilə təmsil olunur.

Norveç Kral Hərbi Dəniz Qüvvələrinin komandanı Kirre Haugen bildirib ki, “Arctic Dolphin” təlimləri həm Norveç HDQ, həm də NATO üçün mühüm əhəmiyyət daşıyır və alyansın Şimal bölgəsində mövcudluğa sadiqliyini nümayiş etdirir, eyni zamanda müttəfiqlər arasında birgə fəaliyyət imkanlarını gücləndirir.

Xəbər lenti

Xəbər lenti