...

İndoneziya “Grok” çatbotunun fəaliyyətinə yenidən icazə verdi

Dünya xəbərləri Materials 2 Fevral 2026 09:00 (UTC +04:00)
İndoneziya “Grok” çatbotunun fəaliyyətinə yenidən icazə verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziya amerikalı milyarder İlon Maska məxsus “xAI” şirkətinə “Grok” çatbotunun ölkə ərazisində fəaliyyətini bərpa etməyə icazə verib.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, qərar hökumətin çatbot vasitəsilə ölkə ərazisində seksual xarakterli məzmunun yaradılmasının qadağan ediləcəyinə dair təminatlar almasından sonra qəbul olunub.

Hökumətin açıqlamasında vurğulanır ki, “Grok”un fəaliyyəti bundan sonra da ciddi nəzarətdə saxlanılacaq. Qanunsuz məzmunun yayılması, eləcə də uşaqların müdafiəsi prinsiplərinin pozulması da daxil olmaqla mümkün yeni pozuntular diqqətlə izlənəcək.

Xatırladaq ki, yanvarın əvvəlində İndoneziya hökuməti “Grok” çatbotunun ölkədə istifadəsini müvəqqəti olaraq qadağan etmişdi. Buna səbəb platforma vasitəsilə pornoqrafik təsvirlərin, o cümlədən yetkinlik yaşına çatmayanlarla bağlı məzmunun yaradılması riski olmuşdu.

Xəbər lenti

Xəbər lenti