Bakı. Trend:
Rusiyanın Orsk şəhərində içərisində iki kursantın olduğu “Diamond” təlim təyyarəsi qəzaya uğrayıb.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hava gəmisi yerli vaxtla təxminən saat 10:40 radələrində şəhərin üzərində olarkən radar ekranlarından itib.
Qəzaya uğrayan “Diamond” təyyarəsi Novikov adına Leninqrad Akademiyasına məxsusdur. Hadisə yerinə xilasedicilər və tibb işçiləri cəlb olunub.
Təyyarənin göyərtəsində pilot və iki kursant olub. İlkin məlumata görə, qəza nəticəsində onların hər biri həlak olub. Hadisə və qəzanın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
