...

Tramp xüsusi elçisini İsrailə göndərir

Dünya xəbərləri Materials 2 Fevral 2026 16:00 (UTC +04:00)
Tramp xüsusi elçisini İsrailə göndərir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin hərbi rəhbərliyi ilə danışıqlar aparmaq üçün İsrailə səfər edəcək.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Uitkoffun İsrailə səfəri fevralın 3-nə planlaşdırılıb.

2025-ci il oktyabrın 9-da İsrail və HƏMAS Qəzza zolağında münaqişənin sülh yolu ilə həllinin birinci mərhələsinə dair razılaşmalar imzalayıblar. Oktyabrın 13-də Donald Tramp İsrail parlamentində çıxış edərək Qəzzada münaqişənin başa çatdığını elan edib.

2026-cı ilin yanvarında isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzzada nizamlanma ilə bağlı Trampın planının ikinci mərhələsinin başladığını bəyan edib. Bu mərhələ HƏMAS-ın tərksilah edilməsini və Qəzza Sektorunun hərbisizləşdirilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti