...

Dünya şöhrətli kinorejissor ilk "Qremmi" mükafatını alıb

Dünya xəbərləri Materials 2 Fevral 2026 20:02 (UTC +04:00)
Dünya şöhrətli kinorejissor ilk "Qremmi" mükafatını alıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya şöhrətli kinorejissor Stiven Spilberq ilk dəfə olaraq “Qremmi” mükafatına layiq görülüb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, o, “Con Uilyamsın musiqisi” lentinə görə ən yaxşı kino musiqisi nominasiyasında qalib gəlib.

Rejissor bununla Amerikanın əyləncə sənayesinin ən nüfuzlu mükafatlarının tam dəstini toplamış olub: “Oskar”, “Emmi”, “Toni” və “Qremmi”.

Stiven Spilberq Amerikalı tanınmış kinorejissor, prodüser və ssenaristdir, müasir Hollivud kinosunun ən təsirli simalarından biri hesab olunur. O, “Çənələr”, “E.T.”, “Yura dövrü parkı”, “Şindlerin siyahısı” və “Əsgər Rayanı xilas etmək” kimi dünya şöhrətli filmlərin müəllifidir. Spilberq bir neçə “Oskar” mükafatının laureatıdır və kino sənayesində kommersiya uğuru ilə bədii keyfiyyəti birləşdirən nadir rejissorlardandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti