Bakı. Trend:
Pakistan İran və ABŞ arasında münasibətlərdə gərginliyin azaldılmasına yönəlmiş dialoqda iştirak edəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tahir Andrabi açıqlayıb.
Onun sözlərinə görə, İran-Amerika danışıqlarına Pakistan da dəvət olunub və müzakirələrin gedişində İslamabadın mövqeyi nəzərə alınacaq.
Diplomatik dairələrdəki mənbənin “Dawn” qəzetinə bildirdiyinə görə, Pakistan tərəfinin iştirakı “gərginliyin azaldılmasında həlledici amil kimi qiymətləndirilir, çünki İslamabad qeyri-rəsmi şəkildə danışıqlar prosesinə töhfə vermək üzərində çalışır”.
Bundan əvvəl Vaşinqton administrasiyasının İran nümayəndələri ilə Omanda danışıqlar aparmağa razılıq verdiyi barədə məlumat yayılmışdı. Məsləhətləşmələrin fevralın 6-da keçiriləcəyi gözlənilir.
