Bakı. Trend:
Səudiyyə Ərəbistanı yerli və beynəlxalq bazarlarda dəvə sektorunun etibarlılığını artırmaq məqsədilə “dəvə pasportu” layihəsini həyata keçirməyə başlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi açıqlama yayıb.
Layihə çərçivəsində veriləcək pasport dəvələrin rəsmiləşdirilməsi, sənədləşdirilməsi və xidmət səmərəliliyinin artırılması üçün nəzərdə tutulub. Sənəd sağlamlıq və rəsmi tənzimləmələrlə bağlı məlumatları bir yerdə toplayaraq sənaye üçün etibarlı referans bazası funksiyasını daşıyacaq.
Yeni pasportda aşağıdakı məlumatlar yer alacaq:
• dəvənin çip və pasport nömrəsi,
• adı, doğum tarixi və yeri,
• soyu, cinsiyyəti və rəngi,
• sağ və sol profildən şəkillər,
• pasportun verilmə tarixi və yeri.
Layihə həm də mülkiyyət hüquqlarının qorunması, satış və ticarət əməliyyatlarının tənzimlənməsi kimi sahələrdə şəffaflığı artırmaq üçün nəzərdə tutulub.
Qeyd edək ki, 2025-ci ilin iyun ayına olan məlumata görə,
Səudiyyə Ərəbistanında təxminən 2,235 milyon dəvə var.
