Bakı. Trend:
Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı altı nəfər həyatını itirib, iki nəfər yaralanıb.
Trend xəbər verir ki, qəza Nyu-Dehli ilə Uttar Pradeş ştatlarını birləşdirən magistral yolda qeydə alınıb.
Məlumata görə, paytaxtdan hərəkət edən avtobus sürətlə gələn minik avtomobili tərəfindən vurulduqdan sonra yol kənarında dayanıb. Qəza zamanı sərnişinlər avtobusdan düşüblər və bu zaman altı nəfər hadisə yerində ölüb.
Ştat polisinin məlumatına əsasən, daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
