...

İtaliyada bir sıra qatar qəzaları gecikmələrə səbəb oldu

Dünya xəbərləri Materials 7 Fevral 2026 22:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın şimalında bir sıra qatar qəzaları baş verib və bu, həm yüksəksürətli şəhərlərarası, həm də regional qatarlarda gecikmələrə səbəb olub.

Trend xəbər verir ki, EFE agentliyi məlumatı İtaliya dövlət dəmiryol şirkətinə istinadən yayıb.

İlk hadisə səhər saatlarında Kastel-Maccore şəhəri yaxınlığında baş verib və burada rabitə xətləri zədələnib. Daha sonra Bolonya ilə Paduya arasındakı dəmiryol relslərində partlayıcı qurğu aşkar edilib, Pezaro stansiyasının elektrik panelində isə yanğın baş verib.

Hadisələrlə əlaqədar hökumət orqanları araşdırmalara başlayıb. Qış Olimpiya Oyunlarının açılışı ilə üst-üstə düşə biləcək təxribat aktları ehtimalı istisna edilmir.

Xəbər lenti

Xəbər lenti