Bakı. Trend:
Çinin şimalında yerləşən bir müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə “Jiapeng” biotexnologiya şirkətinə məxsus zavodun sexlərindən birində baş verib. Partlayışın səbəbləri hələlik açıqlanmayıb.
Bildirilib ki, hadisə ilə əlaqədar şirkətin rəsmi nümayəndəsi saxlanılıb. Faktla bağlı araşdırma aparmaq üçün istintaq qrupu yaradılıb.
