...

Gürcüstanın qərbində torpaq sürüşməsi baş verdi

Dünya xəbərləri Materials 8 Fevral 2026 15:21 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanın qərbində yenidən torpaq sürüşməsi baş verib.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, sürüşmə nəticəsində Zuqdidi-Cvari-Mestia-Lasdili magistral yolunun 52-ci kilometrliyində qaya kütləsi yol infrastrukturuna ciddi ziyan vurub. Avtomagistralda bütün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər davam etdirilir. Lakin qeyri-sabit hava şəraiti, qar və yağış yağması işləri çətinləşdirir, torpaq sürüşməsi riskini daha da artırır.

Xəbər lenti

Xəbər lenti