Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer bir həftə ərzində istefa verməyə məcbur edilə bilər.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi hakim Leyboristlər Partiyasındakı mənbələrə istinadən xəbər verib.
Bu cür söhbətlərə səbəb, pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin dostu Peter Mandelsonun Britaniyanın ABŞ-dakı səfiri təyin edilməsi ilə bağlı qalmaqal olub. Bu qalmaqal artıq 8 fevralda istefa verən Britaniya Baş nazirinin aparat rəhbəri Morqan MakSuininin istefasına səbəb olub.