...

Fransa Ukraynaya əlavə “Mirrage 2000” qırıcılarını təhvil verməyə hazırlaşır

Dünya xəbərləri Materials 9 Fevral 2026 15:54 (UTC +04:00)
Fransa Ukraynaya əlavə “Mirrage 2000” qırıcılarını təhvil verməyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Ukraynaya əlavə "Mirage 2000" qırıcı təyyarələri təhvil verməyə hazırlaşır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov özünün Telegram kanalında bildirib.

“Fransa tərəfi Ukraynaya “Mirage 2000” təyyarələrinin verilməsinə hazırlığın getdiyi barədə məlumat verib. Həmçinin təyyarələrin tədarükünün sürətləndirilməsi və “AASM Hammer” idarəolunan aviasiya bombalarının rekord həcmdə tədarükü istiqamətində işlərin davam etdirilməsi məsələləri müzakirə olunub”, – deyə nazir yazıb.

Fedorov Ukraynaya neçə qırıcı təyyarənin veriləcəyini açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti