Bakı. Trend:
Böyük Britaniyanın bBaş naziri Kir Starmer tutduğu vəzifədə qalmaqda israrlı olduğunu bəyan edib.
Trend bu barədə xaric KİV-ə istinadən xəbər verir.
“Biz sübut etməliyik ki, siyasət xeyirxah bir qüvvə ola bilər. Mən buna inanıram. Mən bunun mümkün olduğuna inanıram. Elə buna görə də bu nöqtədən irəli gedəcəyik, inamla addımlayacağıq və ölkəmizi dəyişdirməyə davam edəcəyik”, – deyə o, komandasının üzvlərinə müraciətində bildirib.
Qeyd edək ki, son bir neçə gün ərzində Birləşmiş Krallığın Nazirlər Kabinetinin iki nüfuzlu üzvü istefa verib. Əvvəlcə Aparat rəhbəri Morqan Maksuini vəzifəsini tərk edib. Bu qərarın səbəbi amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluq münasibətlərində olmuş Piter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi ətrafında yaranmış qalmaqal olub. Baş nazirin aparatının keçmiş rəhbəri bu seçimin səhv olduğunu bildirərək, qəbul edilən qərara görə məsuliyyəti öz üzərinə götürüb. Onun ardınca Starmerin ictimaiyyətlə əlaqələr üzrə xidmətinin direktoru Tim Allan da istefa verib.
