...

Somalidə sərnişin təyyarəsi qəzaya uğradı

Dünya xəbərləri Materials 11 Fevral 2026 08:55 (UTC +04:00)

Bakı. Trend:

Somalidə Moqadişu şəhərindən havaya qalxan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən uçuşdan az sonra geri qayıtmağa məcbur olub.

Trend xəbər verir ki, hava limanına dönən təyyarə eniş zamanı zolaqdan kənara çıxıb və nəticədə qanad hissəsi zədələnib.

Somalinin “StarSky” aviaşirkətinə məxsus, göyərtəsində 55 nəfərin olduğu Fokker 50 tipli sərnişin təyyarəsinin enişi zamanı xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti