Bakı. Trend:
Bu gün Ermənistan parlamentində hərbi xidmətdən yayınan 27-37 yaşlarında olan Ermənistan vətəndaşlarının cinayət məsuliyyətindən azad edilməsi variantları ilə bağlı qanun layihəsini tam olaraq qəbul edib.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 86 deputat səsverib, əleyhinə səs verən olmayıb, 5 nəfər bitərəf qalıb.
Xatırladaq ki, qanuna əsasən, 27–37 yaş aralığında olan ermənistanlı vətəndaşlar könüllü şəkildə Ermənistana qayıdaraq cinayət məsuliyyətindən azad oluna və aşağıdakı beş variantdan birini seçə bilərlər:
24 ay hərbi xidmət keçmək,
12 ay xidmət edib dövlət büdcəsinə 2,5 milyon dram (~6600 ABŞ dolları) ödəmək,
6 ay xidmət edib dövlət büdcəsinə 5 milyon dram (~13 200 ABŞ dolları) ödəmək,
1 ay xidmət edib dövlət büdcəsinə 10 milyon dram (~26 500 ABŞ dolları) ödəmək,
Hərbi xidmətdən tam azad olmaq və dövlət büdcəsinə 15 milyon dram (~39 700 ABŞ dolları) ödəmək.
