...

NASA növbəti heyətin Beynəlxalq Kosmik Stansiyaya göndərilməsini təsdiqlədi

Dünya xəbərləri Materials 12 Fevral 2026 08:04 (UTC +04:00)
NASA növbəti heyətin Beynəlxalq Kosmik Stansiyaya göndərilməsini təsdiqlədi

Bakı. Trend:

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) növbəti heyətin fevralın 13-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilməsi planlarını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə NASA-nın açıqlamasında bildirilir.

Məlumata görə, “SpaceX” ilə birgə keçirilən Buraxılışa Hazırlıq İcmalı başa çatıb və Florida ştatındakı Kanaveral burnundan uçuş üçün geri sayım başlayıb. Hava şəraitinin 85 faiz əlverişli olduğu, əsas risk amilinin isə toplu buludlar olduğu bildirilir. Uçuş daha əvvəl iki dəfə təxirə salınmışdı.

Yeni heyətin BKS-də təxminən səkkiz ay fəaliyyət göstərəcəyi gözlənilir. Heyət üzvləri hazırda Kennedi Kosmik Mərkəzində karantindədirlər və ciddi hazırlıq qrafikinə uyğun fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti