Bakı. Trend:
Avropa Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı qərar verməkdənsə, onunla strateji tərəfdaşlıq yolunu seçməlidir.
Trend-in məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban "X" sosial şəbəkəsində yazıb.
"Ukraynanın qəbul edilməsi Avropanı müharibəyə sürükləyəcək. Biz əməkdaşlığa qarşı deyilik, amma Aİ üzvlüyü səhv yoldur. Məsuliyyətli seçim üzvlük deyil, strateji tərəfdaşlıqdır", - deyə o bildirib.