...

İtaliyada kişi içində qızıl külçələr olan qutunu səhvən zibilə atdı

Dünya xəbərləri Materials 13 Fevral 2026 05:58 (UTC +04:00)
İtaliyada kişi içində qızıl külçələr olan qutunu səhvən zibilə atdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada 57 yaşlı kişinin səhvən içində qızıl külçələr olan qutunu zibil konteynerinə atması ilə bağlı maraqlı hadisə baş verib.

Trend xəbər verir ki, bu barədə RMF24 radiostansiyasına istinadən məlumat yayılıb.

Hadisə Leççe vilayətinin Torre-Lapillo yaşayış məntəqəsində qeydə alınıb. Yerli sakin təsadüfən içində 20 ədəd qızıl külçə olan metal qabı tullantı konteynerinə atıb.

Məlumata görə, kişi uzun illər ərzində qiymətli metala investisiya edərək təxminən 120 min avro (təxminən 242 min manat) dəyərində kapital toplayıb. O, qızılların itdiyini yalnız bir gün sonra anlayaraq dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.

Polis araşdırma zamanı konteynerlərin artıq Ucento poliqonuna daşındığını müəyyən edib. Orada təşkil olunan axtarış əməliyyatı nəticəsində qızıl külçələr olan qab tapılaraq sahibinə qaytarılıb.

Xəbər lenti

Xəbər lenti