Bakı. Trend:
Bu gün yerli vaxtla saat 4 radələrində İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış binasında partlayış baş verib.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Qum vilayəti üzrə idarəsinin direktoru Məhəmməd Rza Bəhrami yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Xəsarət alanlar tibb mərkəzlərinə çatdırılıblar.
Bəhrami bildirib ki, partlayış binada qaz sızması nəticəsində baş verib və binanın bir hissəsi çöküb.
İdarə rəsmisi axtarış-xilasetmə əməliyyatının davam etdirildiyini vurğulayıb.
